Pentaqon rəhbərinin maaşını 1 dollara endirildi

ABŞ müdafiə naziri Lloyd Ostinin illik maaşının 221 min dollardan 1 dollara endirilməsinə dair düzəliş Nümayəndələr Palatasında çoxluğa sahib Respublikaçı qanunvericilər tərəfindən qəbul edilib...

Poliqon bu barədə Nümayəndələr Palatasının saytına istinadən xəbər verir.

Respublikaçı senatorlar Lloyd Ostinin işindən narazılıqlarını belə ifadə ediblər. Bundan əlavə, müxaliflər onun işdən çıxarılmasına çalışır.

Dəyişiklik sentyabrın 28-də yekun qəbulu nəzərdə tutulan illik müdafiə xərcləri haqqında qanun layihəsinin bir hissəsi kimi müzakirə edilib.

Təşəbbüsün müəllifi, Respublikaçı konqresmen Marjori Taylor Qrin "X" sosial şəbəkəsində yazıb ki, Nümayəndələr Palatasının Demokratları Əfqanıstandakı uğursuzluğa görə keçmiş prezident Donald Trampı günahlandırmaq istəyirlər, lakin bütün məsuliyyət "tamamilə Lloyd Ostinin və ABŞ prezidenti Co Bayden və onun administrasiyasının çiyinlərindədir".

“Tramp heç vaxt əfqan xalqını tam xarabalığa və terrorçu hökumətin nəzarəti altına qoymazdı. Lloyd Ostin məğlubdur və mən onu işdən çıxarmaq üçün Nümayəndələr Palatasında düzəliş qəbul etdirdim", deyə konqresmen bildirib.

Poliqon.info