Hövsan sakini 12 yaşlı oğlan itkin düşüb

Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin sakini itkin düşüb...

“Report”un məlumatına görə, itkin düşən şəxsin 12 yaşı var.

Belə ki, sözügedən qəsəbədə yaşayan 1986-cı il təvəllüdlü İmranova Səbinə İmran qızı sentyabrın 26-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan 2011-ci il təvəllüdlü oğlu Rzayev Fuad Əliyusif oğlunun 26.09.2023-cü il tarixdə saat 16 radələrində yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

Poliqon.info