Bayden ABŞ-ın Türkmənistanla tərəfdaşlığını genişlənəcəyinə ümid edir

ABŞ prezidenti Co Bayden Türkmənistanla tərəfdaşlığı genişləndirməyə, dərinləşdirməyə və gücləndirməyə ümid edir...

Poliqon xəbər verir ki, bu barədə Amerika prezidenti türkmən həmkarı Serdar Berdiməhəmmədova Respublikanın Müstəqillik Günü (27 sentyabrda qeyd olunur) münasibətilə təbrik məktubunda bildirib.

“Neytral Türkmənistan” nəşri tərəfindən dərc olunan Baydenin Türkmən liderinə mesajında deyilir: “Qarşıdakı ldə mən tərəfdaşlığımızı daha da inkişaf etdirməyə və genişləndirməyə ümid edirəm”.

Co Bayden təbrikində iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini də qeyd edib. ABŞ prezidentinin yazdığına görə, Vaşinqton və Aşqabad “terrorizmlə mübarizə də daxil olmaqla, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verir”. Bundan əlavə, Bayden qeyd edib ki, iki dövlət “iqlim böhranını aradan qaldırmaq və metan emissiyalarını azaltmaq üçün birgə işləyir”.

Qeyd edək ki, Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədov Mərkəzi Asiya ölkəsinin liderlərinin Baydenlə ilk görüşündə iştirak edib. Qeyri-rəsmi sammit Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub. Görüşdə Berdiməhəmmədovla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri Kasım-Jomart Tokayev, Sadır Japarov, Emomali Rahmon və Şavkat Mirziyoyev də iştirak ediblər.

Poliqon.info