İraqda üçgünlük matəm elan edilib

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani Naynava əyalətnin Xamadniyə şəhərində toy zamanı baş verən yanğın nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib...

“Report” xəbər verir ki, bu barədə xarici KİV-i məlumat yayıb.

Bəyin və gəlinin qohumları bildiriblər ki, onlar yanğın nəticəsində sağ qalsa da, ancaq xəsarət alıblar və hazırda komadadırlar. Baş verən hadisə ilə bağlı 9 nəfər həbs olunub. Müəssisənin sahibi hələ tutulmayıb.

İraq Qızıl Aypara Cəmiyyəti ölən və xəsarət alanların sayının 450-dən çox olduğunu bildirib.

Poliqon.info