Ruben Vardanyan həbs edilib - Yenilənib

“DQR”-in keçmiş dövlət naziri Ruben Vardanyanın saxlanması barədə məlumat yayılıb...

Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend ərinin saxlanılmasını təsdiq edib.

Veronika Zonabend Ermənistan mətbuatına açıqlamasında bildirib ki, əri Qarabağı tərk etmək istəyərkən sərhəddə Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib.

***

Poliqon xəbər verir ki, Rusiyanın TASS Agentliyi “DQR”-in keçmiş dövlət naziri Ruben Vardanyanın saxlanması barədə məlumat yayıb. TASS-a Vardanyana yaxın olan mənbə bildirib ki, o, Gorusa getməyə çalışarkən Laçın buraxılış məntəqəsində saxlanılıb.

“Ruben Vardanyan Həkəri körpüsünü keçərkən saxlanılıb”, Agentliyin həmsöhbəti bildirib.

TASS-a bu barədə hələlik Azərbaycan tərəfi, eləcə də Ermənistan hakimiyyəti tərəfindən hər hansı şərh verilməyib.

Poliqon.info