“Vaqner” Baxmuta qayıdıb

Ukrayna ordusu “Vaqner”in Baxmuta qayıtdığını təsdiqləyib...

“Vaqner” ÖHŞ-nin muzdluları Donetsk vilayətində Baxmut yaxınlığındakı döyüş meydanında yenidən peyda olublar.

Poliqon xəbər verir ki, bu barədə “Qrouv” ləqəbli ukraynalı PUA operatoru CNN telekanalınınmüxbirlərinə bildirib. Belə ki, o, muzdluların əraziyə qayıtması ilə bağlı Rusiya mənbələrinin xəbərlərini təsdiqləyib.

“Ukrayna ordusndau hesab edirlər ki, “Vaqner”in Baxmuta geri qayıtması bu sektorda rus hərbçilərinin çatışmazlığını kompensasiya etməlidir”, CNN yazır.

Həmçinin telekanal bildirib ki, Rusiya komandanlığı yaxınlıqdakı rayonlardan hərbi personalı Baxmuta köçürür.

Poliqon.info