ABŞ Konqresi: Bayden Çindən 260 min dollar alıb

ABŞ prezidenti Co Baydenin ev ünvanı olan hesaba Çindən pul köçürmələri daxil olub...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"Çindən gələn pul Baydenin Delaverdəki evinin ünvan kimi göstərildiyi hesaba köçürülüb", deyə spiker bildirib.

Makkartinin sözlərinə görə, Nümayəndələr Palatasının Nəzarət Komitəsindən olan respublikaçılar Baydenini prezidentliyə namizəd olduğu dövrdə baş verən ümumi məbləği 260 min dollar olan iki transfer aşkar ediblər.

"Bizim impiçment araşdırmamız bütün həqiqəti üzə çıxaracaq", deyə spiker vurğulayıb.

Qeyd edək ki, sentyabr ayında Kevin Makkarti Baydenə qarşı impiçment sorğusu elan edib. O, Baydenin oğlu Hunterin xaricdəki biznes sövdələşmələrindən qazanc əldə etdiyinə dair iddiaların ciddi və etibarlı olduğunu deyib. Makkarti impiçment araşdırmasına rəhbərlik etmək üçün Nəzarət, Məhkəmə və Yollar və Vasitələr Komitələrini (Nümayəndələr Palatasının Vergi Komitəsi) təyin edib.

May ayında ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer Co Bayden və ailəsinin Çindən milyonlarla dollar aldığını, lakin dövlət başçısının bu barədə yalan danışdığını bildirib.

Poliqon.info