Bakıda skuterlə yolu keçən şəxsi avtomobil vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, hadisə Heydər Əliyev Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Elşən Rəşid oğlu Quluzadə skuterlə yolu keçərkən onu maşın vurub.Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Poliqon.info