Baydenin iti Ağ Evdə 11 gizli xidmət agentini qapıb

Amerika liderinin Kommender adlı iti ABŞ gizli xidmətini terror edir...

ABŞ prezidenti Co Baydenin Kommender adlı iti artıq Ağ Evin ərazisində 11 nəfəri qapıb. Qurbanlar ölkənin gizli xidmətinin agentləri olub.

Poliqon xəbər verir ki, bu barədə CNN telekenalı məlumat yayıb. Kanal xəbər verir ki, Baydenin dördayaqlı dostu bir gün əvvəl məxfi xidmət zabitini dişləyib və bu da onu həkimlərdən tibbi yardım almağa məcbur edib. ABŞ məxfi xidmətinin sözçüsü Entoni Quqlielmi hadisə ilə bağlı danışıb.

İyun ayında media yeddi agentin Kommender tərəfindən hücuma məruz qaldığını, onlardan birinin xəsarət aldığı üçün xəstəxanaya getməli olduğunu yazıb. Ağ Evin mətbuat xidməti itin davranışını Amerika liderlərinin iqamətgahındakı stresli mühitin nəticəsi kimi izah edib.

Poliqon.info