Naxçıvandan Azərbaycan və Türkiyə liderlərinin dünyaya verdikləri mesajlar...

Dünən Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər etdi və prezident İlham Əliyevlə görüşdü...

Politoloq: “Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Ankara-Bakının strateji müttəfiqliyini, Şuşa bəyannaməsinə sadiqliklərini və bütün istiqamətlər üzrə birgə hərəkət etdiklərini və rəsmi Bakının əsas tərəfdaşının Ankara olduğunu bir daha nümayiş etdirdi, bəyan etdi”.

“Türkiyə prezidenti ilə müzakirələr Azərbaycan-Ermənistan müzakirələrin növbəti raundundan əvvəl baş tutması da mühümüydü, bu Ankaranın Bakının mövqeyinin nəzərə alınması ilə bağlı güclü mesajı oldu”.

Bu sözləri politoloq Zaur İbrahimli Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər etdi və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü. Bu görüşü necə xarakterizə etmək olar? Naxçıvandan Azərbaycan və Türkiyə prezidentlərinin dünyaya verdikləri mesaj nədən ibarət idi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycanın Qarabağ bölgəsində terrorçulara qarşı keçirilən lokal antiterror əməliyyatlarından dərhal sonra prezident Ərdoğanın Naxçıvana gəlməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində qətiyyətli və güzəştsiz mövqeyni bir daha diqqətə çatdırdı”.

Bu səfər, danışıqlar və verilmiş bəyanatlar Azərbaycan-Türkiyə ittifaqının yaxın gələcək üçün viziyonu, strategiyasının əsas məqamlarını da diqqətə çatdırdığını qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Bakı və Ankara Zəngəzur dəhlizinin açılmasını gündəlikdə saxlayırlar və bu istiqamətdə birgə çalışacaqlar:

“Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Ankara-Bakının strateji müttəfiqliyini, Şuşa bəyannaməsinə sadiqliklərini və bütün istiqamətlər üzrə birgə hərəkət etdiklərini və rəsmi Bakının əsas tərəfdaşının Ankara olduğunu bir daha nümayiş etdirdi, bəyan etdi. Xüsusən, Azərbaycanın Qarabağ bölgəsində terrorçulara qarşı keçirilən lokal antiterror əməliyyatlarından dərhal sonra prezident Ərdoğanın Naxçıvana gəlməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində qətiyyətli və güzəştsiz mövqeyni bir daha diqqətə çatdırdı.

Bu səfər, danışıqlar və verilmiş bəyanatlar Azərbaycan-Türkiyə ittifaqının yaxın gələcək üçün viziyonu, strategiyasının əsas məqamlarını da diqqətə çatdırdı. Bakı və Ankara Zəngəzur dəhlizinin açılmasını gündəlikdə saxlayırlar və bu istiqamətdə birgə çalışacaqlar. Regionda kommunikasiyaların açılması üçün Azərbaycan və Türkiyə koordinasiyalı çalışacaqlar, regiona kənar ölkələrin müdaxiləsi və xüsusi imtiyazlara iddia etməsi qəbul edilməyəcək. Rusiya Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi ilə əlaqədar məsələləri nəzərə almalıdır.

Ermənistan Türkiyə ilə əlaqələri o zaman normallaşdıra bilər ki, Azərbaycanla razılıq əldə olunsun. Türkiyə prezidenti ilə müzakirələr Azərbaycan-Ermənistan müzakirələrin növbəti raundundan əvvəl baş tutması da mühümüydü, bu Ankaranın Bakının mövqeyinin nəzərə alınması ilə bağlı güclü mesajı oldu. Həmçinin, Naxçıvanın Türkiyənin təhlükəsizlik çətri altında olmadı faktı da bir daha bəyan edilmiş oldu”.

Nərminə UMUDLU Poliqon.info