Ramzan Kadırov oğlunun cinayəti ilə bağlı video paylaşıb

Kadırov oğlunun bir neçə ilə qədər həbs olunmasına yola aça biləcək cinayət törətdiyinə dair sübutlar dərc edib...

Poliqon xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov 15 yaşlı oğlu Adəmin “Quran”ı yandırmaqda günahlandırılan məhbus Nikita Juraveli döyməsinin videosunu yayıb. Hüquqşünaslar bildirir ki, videoda Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsində təsvir olunan cinayət əlamətləri var. Ən ağır maddə 5 ilə qədər həbsi nəzərdə tutur.

Rusiya mediası qeyd edir ki, bu video yəqin ki, diqqəti Çeçenistan rəhbərinin özünün sağlamlıq vəziyyətindən yayındırmaq üçün ictimailəşdirilıib.

Ramzan Kadırovun yayımladığı videoda kiçik Kadırovun həbs edilən şəxsin əvvəlcə üzünə təpiklə vurması, sonra isə onu yerə yıxaraq başına yumruq vurması göstərilir. Kadırov videoya “Döyüb, əcəb edib. Bəli mən Adəmin hərəkəti ilə fəxr edirəm”, şərhini yazıb. Kadırov həmçinin əlavə edib ki, Juravel “ağır cəzaya məruz qalmalıdır”.

Poliqon.info