Sabirabadda məktəbdə baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanıldı - Yenilənib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbdə baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb...

AQTA-dan bildirilib ki, hadisənin baş vermə səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı qurumun mütəxəssisləri ilə müvafiq strukturların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.(oxu.az)

***

Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad Rayon Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info