Bakıda zəncirvari qəza: Xəsarət alanlar var

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib...

“Report”un məlumatına görə, Ziya Bünyadov prospektində bir neçə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Elməddin Telman oğlu Baxşıyev və daha bir nəfər (ad-soyad dəqiqləşdirilir - red.) xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info