Kreml Qarabağdakı rus sülhməramlılarının fəaliyyətinə münasibət bildirib

Kreml Qarabağdakı rus sülhməramlılarının fəaliyyətinə münasibət bildirib..

“Rusiya sülhməramlılarının Qarabağda qalma müddətindən danışmaq hələ tezdir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Qarabağdakı rus sülhməramlılar əsl qəhrəmanlıq göstərirlər: “Kimsə onları vəzifələrini yerinə yetirmədiyinə görə qınaya bilməz”.

D.Peskov söyləyib ki, Rusiya Qarabağ ətrafındakı vəziyyətə görə məsuliyyəti Moskva və Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmır.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları davam etdirir: “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün təşkili ilə bağlı konkret planlar yoxdur”.

Poliqon.info