Vuçiç: NATO qüvvələrinə Kosovo serblərini “ovlamağa icazə verilib”

Şimali Atlantika Alyansının Kosovodakı nümayəndələri Priştinada serblərin “ovunu” praktiki olaraq təsdiqləyiblər...

Poliqon xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç mətbuat konfransında bildirib.

Vuçiç vurğulayıb ki, Kosovo münaqişənin gərginliyini azaltmağa çalışmır, çünki KFOR (Kosovoda NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvə) üzvləri Kosovo polisinin yerli sakinlərə qarşı əməliyyatını dayandırmayıb və bununla da faktiki olaraq onlara kart-blanş verib. Serbiya lideri həmçinin qeyd edib ki, onlar Kosovo serblərini “snayper tüfəngləri ilə ovlamağa” icazə veriblər.

Serbiya prezidenti bildirib ki, baş verənlər münaqişənin kəskinləşməsinin epiloqu olmayacaq, bunun üçün yalnız Kosovonun Baş naziri Albin Kurti günahkardır, onun yeganə istəyi Serbiya ilə NATO arasında müharibəni tətikləməldir.

Poliqon.info