Həyat yoldaşı Zelenskinin ikinci müddətə prezident seçilmə ehtimalından danışdı

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena onun ikinci müddətə dövlət başçısı seçilmə ehtimalını dəyərləndirib...

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşrinə müsahibəsində danışıb.

Zelenskaya bildirib ki, əri ilk dəfə Ukrayna prezidentliyinə namizədliyini irəli sürərkən belə bir qərarı tam dəstəkləyib. Onun sözlərinə görə, ərinin ikinci dəfə namizəd olmaq qərarı onu ilk dəfə olduğundan daha az qorxudacaq:

“İkinci müddətə namizədliyini irəli sürsə, bunun lazım olduğuna qərar versə, dəstəkləyəcəm. Bizim indi müəyyən təcrübəmiz var. Bu, ilk dəfə olduğu qədər qorxulu olmayacaq”.

Bundan əvvəl yelena Zelenskaya siyasətdə karyerasının mümkünlüyündən danışıb. Onun sözlərinə görə, bu sahədə peşəkar kimi inkişaf etmək istəməzdi:

“Mən bunu istəmirəm, buna can atmıram. Ona görə də bu heç vaxt baş verməyəcək”.

Poliqon.info