Foks Karlson ABŞ hakimiyyətini Putinlə müsahibəni pozmaqda ittiham edib

Fox News telekanalının keçmiş aparıcısı Taker Karlson iddia edir ki, ABŞ hakimiyyəti onun Rusiya prezidenti Vladimir Putindən müsahibə almasına mane olub...

Poliqon xəbər verir ki, Taker Karlson bu barədə İsveçrənin Die Weltwoche nəşrinə müsahibəsində bildirib.

Jurnalistin sözlərinə görə, ABŞ hakimiyyəti onilliklər ərzində Amerika mediasında baş verənlərə nəzarət etmək üçün “çox aqressiv cəhdlər” edib.

“Mən Vladimir Putindən müsahibə almağa çalışdım, lakin Amerika hökuməti mənə mane oldu”, deyə Karlson bildirib.

Fox News telekanalının keçmiş aparıcısı planlaşdırılan müsahibə ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

Qeyd edək ki, “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan avqustun sonunda bildirmişdi ki, Taker Karlson belə bir müsahibə üçün ona müraciət edib.

Poliqon.info