Baydenin reytinqi antirekord qırır

ABŞ Prezidenti Baydenin fəaliyyətini bəyənmə reytinqi anti-rekord səviyəyə çatıb...

Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətinin təqdir edilməsi reytinqi yeni rekorda çatıb.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın NBC telekanalı sentyabrda aparılan araşdırmaya istinadən məlumat yayıb. Qeyd olunur ki, qeydə alınmış seçicilərin 41 faizi Baydenin fəaliyyətini bəyənir, seçicilərin 56 faizi isə bəyənmir. Bu rəqəm Bayden ABŞ-ın prezidentliyinə gələndən bəri ən aşağı göstərici adlandırılıb.

Baydenin xarici siyasətini Amerika vətəndaşlarının 53 faizi tərəfindən bəyənilmir Seçicilərin 59 faizi isə ümumilikdə onun iqtisadi siyasətini təqdir etmir.

Rəyi soruşalan seçicilərin 74 faizi ciddi (59 faiz) və ya orta səviyyədə (15 faiz) 80 yaşlı Baydenin yenidən seçkilərdə qalib gəlmək üçün lazım olan psixi və fiziki sağlamlığına malik olmadığından narahatdır.

Sorğu 2023-cü il sentyabrın 15-dən 19-dək minlərlə amerikalı arasında telefonla aparılıb. Statistik səhv təxminən 3,1 faiz bəndi təşkil edib.

Poliqon.info