Şimali Koreyanın cavabı: Siyasi savadsız bir axmağın isterik çılğınlığı...

Şimali Koreya Pxenyanla Moskva arasında əlaqələrin gücləndirilməsi ilə bağlı tənqidlərə cavab verib...

Cənubi Koreya liderinin Şimali Koreya və Rusiya arasındakı əlaqələrlə bağlı bəyanatı böhtandır.

Poliqon xəbər verir ki, bu barədəŞimali Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı bəyanatda bildirilir.

“Cənubi Koreya lideri Yun Sok Yelin “təhlükəsizlik və sülhə qarşı birbaşa təxribat” kimi qiymətləndirdiyi Şimali Koreya və Rusiya arasındakı əlaqələr və dostluq haqqında sərt açıqlamaları böhtandır”. KXDR rəhbərliyi Cənubi Koreyanın prezidentinin sözlərini belə qiymətləndiriblər.

Agentliyin “Siyasi savadsız bir axmağın isterik çılğınlığı” başlıqlı qeydində tənqidə cavab olaraq qeyd edilir ki, “qonşu dövlətlər arasında dostluq normal və adi haldır, bunu problem hesab etməyə heç bir əsas yoxdur”. Eyni zamanda Şimali Koreya nümayəndələri Cənubi Koreya liderinin bəyanatlarını pisləyən Rusiya Xarici İşlər Nazirliyinə dəstək ifadə ediblər.

Poliqon.info