Qarabağı tərk edən erməniəsilli sakinlərin sayı 2906-ya çatıb

Bir gündə 3 minə yaxın erməni Qarabağdan Ermənistana gedib. Onlar geri dönməyəxəklərini bildiriblər...

Sentyabrın 25-i saat 6:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 2906 nəfər gəlib. Bu barədə Ermənistan KİV-ləri bildirir.

Bazar ertəsi səhər saatlarından etibarən insanlar şəxsi nəqliyyat vasitəsi ilə Ermənistan istiqamətində hərəkəti davam edirlər.

Hətta Xankəndi sakinləri də gedirlər, baxmayaraq ki, separatçılar ilk növbədə yaşayış yerini tərk edənlərə getmək imkanı veriləcəyini bəyan etmişdilər.

Sentyabrın 24-də səhər saatlarında ermənilərin Qarabağdan Ermənistana hərəkəti başlayıb.

Bu gün Xankəndi-Laçın və Kəlbəcər-Basarkeçər (Vardenis) yolu ilə Ermənistan hərbi qüvvələrinin çıxarılması başlanılacaq.(Turan)

Poliqon.info