Neymar “Əl-Hilal”ın baş məşqçisinin istefasını tələb edib

“Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə klubunun rəhbərliyindən Xorxe Xesusun komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmasını tələb edib...

Qeyd olunur ki, braziliyalı Özbəkistanlı “Navbahor”la matçda rəqib oyunçunu itələyərək yıxıldıqdan sonra onu topla vurub. Bunun ardınca baş məşqçinin tənqidi Neymarın xoşuna gəlməyib.

“Əl-Hilal” rəhbərliyi artıq Xesusla görüşüb, komandanın performansı yaxşılaşmasa, istefaya göndəriləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Neymar 2023-cü ilin yay transfer pəncərəsində “Əl-Hilal” klubuna keçib. Səudiyyə klubu braziliyalı hücumçunu avqustun 15-də 90 milyon avroya alıb.

Mənbə: gazeta.ru (Oxu.az)

Poliqon.info