Ceyhun Bayramov Antonio Quterreşlə BMT-Azərbaycan münasibətlərini müzakirə edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antonio Quterreşlə görüşüb...
“Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanıram”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən məlumatlandırılıb.

Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərini, regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, görüş artıq başa çatıb.

Poliqon.info