Bu gün iki güləşçimiz Olimpiadaya lisenziya qazana bilər

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi dünya çempionatında mübarizəyə qoşulacaq...

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Millinin heyətində Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar.

63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil.

Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatda Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.

Poliqon.info