Korrupsiyada ittiham olunan Ermənipərəst senator vəzifəsindən istefa verib

Robert Menendes Konqresin Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb...

Robert Menendes Amerika hüquq-mühafizə orqanları tərəfindən ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.

Bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer məlumat verib.

Qeyd edək ki, ermənipərəst senator son 10 ildə ikinci dəfə korrupsiyada ittiham edilib. Senatın Tarix Bürosunun məlumatına görə, 69 yaşlı Menendes “ABŞ tarixində iki dəfə cinayətdə ittiham olunan ilk senator” kimi qeydə alınıb.

Mənbə: Haber Global

Poliqon.info