Ukraynada “Rusiya” sözünü kiçik hərflə yazmağa icazə verilib

Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası qeyri-rəsmi sənədlərdə “Rusiya” və “Moskva” sözlərinin kiçik hərflə yazılmasının bundan sonra xəta sayılmayacağına qərar verib...

Poliqon xəbər verir ki, bu barədə Politico komissiyaya istinadən məlumat yayıb.

Komissiyadan Ukrayna Baş nazirinin müavini İrina Vereşçukun müraciətlərindən və Ukrayna Dili İnstitutunun və Ukrayna Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəsmi məktublarından sonra belə bir qərara gəldiklərini bildiriblər.

Politico-nun yazır ki, “Moskva Knyazlığı”, “Rusiya İmperiyası” və “Rusiya Federasiyasının Dövlət Duması” ifadələrinin böyük hərflə yazılması da dil normalarından kənara çıxma sayılmayacaq.

Poliqon.info