Salyanda avtomobil su kollektoruna düşüb, ölən var

Salyan rayonunun Parça Xələc kəndində avtomobil su kollektoruna düşüb, bir nəfər ölüb...

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasedicilər “Ford” markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Poliqon.info