Sumqayıtda itkin düşən 12 yaşlı oğlan tapılıb - Yenilənib

Sumqayıtda itkin düşən 12 yaşlı oğlan tapılıb...

"Report"un əldə etdiyi məlumata görə, yeniyetmə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb.

O, ailəsinə təhvil verilib.

***

Sumqayıtda 12 yaşlı oğlan itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü Əli Rüstəm oğlu Babaşov yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.

Poliqon.info