Şəhid Fərid Nəbiyev Qazaxda izdihamla torpağa tapşırılıb

Sentyabrın 21-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – Nəbiyev Fərid Kamran oğlu doğulduğu Qazax rayonunun Nəriman Nərimanov qəsəbəsinə gətirilib və dəfn olunması üçün nənə-baba yurdu olan Qazax rayonunun Yuxarı Salahlı kəndində aparılıb...

Poliqon xəbər verir ki, şəhidimizin ruhuna dua oxunduqdan sonra nəşi yaylım atəşi altında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.

Şəhidimizin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.

Şəhidin dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri minlərlə rayon sakini iştirak edib.

Allah rəhmət eləsin.

Poliqon.info