Qarabağın erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır...

Poliqon-un xəbərinə görə, bu barədə Qarabağın erməni sakinlərini Yevlaxda keçirilən görüşdə təmsil edən Sergey Martirosyan və David Melkumyan Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə keçirilən görüşdə deyiblər.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Poliqon.info