Yeni FIFA reytinqi: Azərbaycan millisi neçəncidir?

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb...

Qurumun rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan millisinin mövqeyi dəyişməyib.

Yığma 1147 xalla 121-ci sırada qalıb.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.

Poliqon.info