Gəncədə ticarət mərkəzinin bir hissəsində çökmə ehtimalı olub, vətəndaşlar təxliyə edilib - Yenilənib

Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub...

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.

FHN-dən Poliqon-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.

***

"Report"un Qərb bürosunun məlumatına görə, çökmə "Univermaq" binasında qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və adiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info