Vüsalə Əlizadədən kədərli paylaşım

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə mərhum qardaşı barədə paylaşım edib...

Poliqon axşam.az-a istinadən bildirir ki, o, qardaşı Əlihüseyn Əlizadənin doğum gününün olduğunu bildirib:

"Bir ömür qaysaq tutmayan yaram, doya-doya boynuna sarıla, kölgəsində güvənlə gəzə bilmədiyim, qardaş deyəndə çatlayan dodağım, ürəyimin sızıltısı, yanğısı, torpaq payı qardaşım... Mələklərlə qeyd etdiyin daha bir ad günün mübarək. Can parçam, gözümün içinə həkk olan qəm dağım, bir ömürlük həsrətim, intizarım, torpağda böyüyənim".

Qeyd edək ki, 2021-ci ildə avtomobil qəzasında vəfat edən Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub.

Poliqon.info