Çek sahiblərindən Milli Məclisin sədrinə vacib müraciət

Yüz minlərlə vətəndaş adından Mİlli Məclisin sədri Sahibə Qafarovaya ikinci dəfə təcili müraciət ünvanlanıb...

Feso.az xəbər verir ki, vətəndaşlar parlament sədrinə müraciətlərində özəlləşdirmə çeklərinin hüquqi təhlili ilə yanaşı, halal haqqlarının bərpa olunmasını xahiş ediblər.

Müraciətdə vurğulanıb ki, Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-23-cü illərdə apardıqları elmi-praktik araşdırmalarının nəticəsi kimi Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında 10-dan çox alimin rəyi əsasında yazılmış 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra artıq ziyalılar və hüquqşünaslar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq şəkildə səsləndirirlər. Ulu Öndərin imzaladığı qanunla sosial-tarixi ədalət naminə xarici və yerli sahibkarlar vətəndaşlardan özəlləşdirmə Paylarını – Çeklərini alaraq ancaq və ancaq bu əsasla özəlləşdirmədə iştirak edə bilərlər və ən Əsası qanunla Azərbaycan Dövləti özəlləşdiriləcək bütün orta və iri əmlaklardan ancaq ona məxsus olan 35%-i pulla satıb büdcəyə keçirə bilər. Özəlləşdirmə Payları dövlət qiymətli kağızı olan çeklərlə vətəndaşlara verildikdən sonra , yəni dövlət qiymətli kağızları olaraq birincili yerləşdirildikdən sonra qanunlarla qoyulmuş bu qaydaları heç bir fərman və hətta sonradan qəbul olunacaq heç bir qanun Konstitusiyaya zidd olaraq poza bilməz. Yəni heç kim vətəndaşların Qanunla verilmiş miras əmlak payı haqqını poza bilməz.

Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb.

Artıq “Facebook”da olan “Özəlləşdirmə çekləri” qrupunda 39 mindən çox ailə birləşərək öz haqqlarını tələb edirlər. Özəlləşdirmə çeklərini satmayan vətəndaşlar pozulan hüquqlarının tezliklə bərpa olunacağına ümid edirlər.

Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Mİlli Məclisin sədri Sahibə Qafarovaya ünvanlanan müraciətin tam mətnini təqdim edirik. Hər kəs aşağıdakı link vasitəsilə tam mətni görə bilər:

Poliqon.info