Almaniya Ukraynaya döyüşə yararsız tanklar verir?

Almaniya Müdafiə Nazirliyi ancaq döyüşə yararlı tankların Ukraynaya təhvil verildiyini açıqlayıb...

Poliqon “Der Spiegel” jurnalına istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Kristina Rutsinin açıqlamasında bildirilib. Rutsi qeyd edib ki, Ukraynaya vəd edilən tanklar döyüşə hazır formada təhvil verilir.

“Almaniya Ukraynaya tankları döyüşə hazır vəziyyətdə təhvil verir”, deyə Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Almaniya Müdafiə Nazirliyinin bəyanatı Ukraynanın pis vəziyyətdə olduğu üçün Almaniyadan on “Leopard 1” tankını qəbul etməkdən imtina etməsi ilə bağlı xəbərlərə cavab olaraq yayımlanıb. “Der Spiegel” yazır ki, Kiyev Almaniya tərəfini Polşaya gələn tankların təmirə ehtiyacı olduğu barədə xəbərdar edib, Ukrayna tərəfi bildirib ki, təlim keçmiş texniki personal və kifayət qədər ehtiyat hissələri olmadığından “Leopard 1”in Ukraynaya daşınmasının mənası yox idi.

Qeyd edilir ki, bu tanklar Almaniyanın özündə Ukrayna tank briqadaları ilə təlimlər üçün istifadə olunur. Bununla belə, təlimlərdən sonra onlar Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməzdən əvvəl çox vaxt təmir edilməyə ehtiyacı olur.

Poliqon.info