Azərbaycan həbs olunacaq hərbi cinayətkarların siyahısını Xankəndiyə təqdim edib

Azərbaycan rəsmiləri Bakıya ekstradisiya edilməli olan cinayətkarların siyahısını Xankəndindəki separatşılara təqdim edib...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Erməni qəzeti iddia edir ki, bu gün Azərbaycan tərəfi Bakıya ekstradisiya edilməli olan şəxslərin adlarının siyahısını Qarabağdakı separatçılara verib.

Qeyd olunur ki, siyahıda Qarabağdakı keçmiş separatçı liderlərin, Azərbaycan ərazisində separatizmdə fəal iştirak etmiş şəxslərin, o cümlədən Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan ordusuna və mülki əhaliyə qarşı vəhşiliklər və ağır cinayətlər törətmiş şəxslərin adları yer alıb.

Poliqon.info