Yaponiyanın Baş naziri Kim Çen Inla görüşmək istəyir

Yaponiyanın Baş naziri Kim Çen Inla görüşməkdən məmnun qalacağını bildirib...
“Yaponiya Şimali Koreya rəhbərliyi ilə şəxsən görüşməkdən və bütün mövcud problemləri həll etməkdən məmnun olacaq”.

Poliqon xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Birlikdə yeni eranın başlaması nöqteyi-nəzərindən mən prezident Kim Çen Inla istənilən vaxt və heç bir ilkin şərt olmadan şəxsən görüşməyə hazır olduğumu bildirmək istərdim”, deyə Kişida bildirib.

O əlavə edib ki, sammitin tez bir zamanda təşkili üçün birbaşa rəhbərliyi altında yüksək səviyyəli danışıqlar aparmağa da hazırdır:

“Yaponiyanın Şimali Koreya ilə bağlı siyasəti dəyişməz olaraq qalır: Biz insan oğurluqları, nüvə və raket problemləri kimi mövcud problemləri tam həll etməklə, həmçinin kədərli keçmişimizi silməklə Şimali Koreya ilə münasibətləri normallaşdırmağa çalışırıq”, deyə Baş nazir vurğulayıb.

Poliqon.info