Bakıda motosiklet bordürə çırpılıb, sürücü ölüb

Bakıda motosiklet bordürə çırpılıb, sürücü ölüb...

Daxili İşlər Nazirliyindən bildirilib ki, bu gecə saat 02 radələrində Masallı rayon sakini 1988-ci il təvəllüdlü Sadıqov Azər Böyükağa oğlu idarə etdiyi "Yamaha" markalı motosiklet ilə Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən "Koroğlu" metrostansiyasının üzərində yerləşən körpüyə çatmamış bordürə çırpılıb, nəticəsində o, hadisə yerində ölüb.

Fakt üzrə Nizami RPİ-nin İŞ-də araşdırma aparılır.

Poliqon.info