G7 ölkələri Ukraynadakı münaqişənin 6-7 il davam edəcəyinə inanır

Ukraynadakı hərbi münaqişə daha 6-7 il davam edə bilər və Kiyevin müttəfiqləri onun maliyyə dəstəyini belə bir müddətə planlaşdırmalıdırlar...

Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyi Avropanın G7 ölkələrindən birinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. Agentlik yazır ki, ehtimal olunan zaman bu ilin əvvəlində gözləniləndən xeyli uzun müddətdir. Planların dəyişməsinin səbəi isə son aylarda Ukraynanın əks-hücumunda ləng irəliləyişin Qərbin gözləntilərinin zəifləməsi ilə bağlıdır.

“G7 ölkələrinin nümayəndələri sentyabrın 18-də BMT Baş Assambleyasının kuluarlarında şam yeməyi zamanı vəziyyəti müzakirə ediblər və münaqişənin orta və uzunmüddətli perspektivdə davam edəcəyi ilə bağlı razılığa gəliblər”, deyə Dövlət Departamentinin yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib. Bloomberg-in mənbəsinin sözlərinə görə Ukrayna Qərbdən kifayət qədər silah verilməməsi və insan itkilərinin artması səbəbindən artan problemlərlə üzləşəcək.

Poliqon.info