BMT-nin Baş katibi Qarabağda gərginliyin dərhal azaldılmasına çağırır

BMT-nin Baş katibi Antonio Quterreş Qarabağda dərhal atəşkəs əldə etməyə və 2020-ci il atəşkəs razılaşmalarına qayıtmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.

Düjarrikin sözlərinə görə, Quterreş humanitar təşkilatların regiona çıxışını asanlaşdırmağa çağırır. O, həmçinin tərəfləri gərginliyi azaltmağa və beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi riayət etməyə çağırıb.

“Baş katib regionda hərbi güc tətbiqindən və itkilər, o cümlədən mülki şəxslər arasında yayılan məlumatlardan son dərəcə narahatdır”, deyə Dujarrik bildirib.

Qeyd edək ki, dünən, sentyabrın 19-da Azərbaycan Qarabağda tanınmamış sepatratçı quruma və qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatı elan edib. Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda sülhün yeganə yolunu Ermənistan silahlı qüvvələrinin hamısının çıxarılması və separatçı rejiminin ləğvi olaraq göstərib. Ermənistan Müdafiə Nazirliyi öz silahlı qüvvələrinin Qarabağda olmasını inkar edir.

Poliqon.info