Zelenski Trampdan Ukrayna ilə bağlı sülh planını açıqlamasını istəyib

Ukrayna lideri bütün hallarda ərazilərin Rusiyaya verilməsini istisna edib...

Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampı Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planlarını açıq şəkildə paylaşmağa çağırıb.

Poliqon xəbər verir ki, Zelenski bu çağırışını CNN müxbiri ilə sözhbəti zamanı səsləndirib. O, Kiyevə ərazilərdən imtina etməyə imkan verən hər hansı planın qəbuledilməzliyini vurğulayıb.

“Tram indi sülhlə bağlı fikirlərini açıq şəkildə, vaxt itirmədən, insanları itirmədən paylaşa bilər”, deyə Zelenski amerikalı siyasətçiyə vəziyyətin həlli prosesini necə gördüyünü izah etməyi təklif edib.

“Əgər sülh planı ərazimizin bir hissəsini Putinə verməkdirsə, bu, sülh üçün formula deyil”, deyə Ukrayna prezidenti əlavə edib.

Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olaraq qalan Tramp dəfələrlə Ukraynadakı münaqişəni 24 saat ərzində dayandırmaq üçün Zelenski və Rusiya prezidenti Vladimir Putinlə razılığa gələ biləcəyini bildirib.

Poliqon.info