BMT: “Dünyada aclıq 2005-ci ildən bəri ən yüksək həddə çatıb”

Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında BMT-nin baş katibi Antonio Quterreş deyib...

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasından 75 il keçir və bəzi sahələrdə - müstəmləkəçiliyə və seqreqasiyaya son qoyulmasından tutmuş qadınların səsvermə hüququnun əldə edilməsinə qədər böyük irəliləyişlər əldə olunub. Amma hələ də 1,2 milyard insan yoxsulluq içində yaşayır və aclıq 2005-ci ildən bəri görünməmiş səviyyədədir”, - deyə o, bəyan edib.

“50-dən çox ölkədə etnik mənsubiyyətə və irqə görə ayrı-seçkilik tam qanuni olaraq qalır. İnsanlar daha yaxşı həyata nail olmaq üçün ölümcül risklərə gedirlər”, - o əlavə edib.

Poliqon.info