Fransa İtaliya ilə sərhədə qoşun yeridəcək

Fransa miqrant axını səbəbindən İtaliya ilə sərhədə qoşun yeridəcək...

Fransa Lampeduza adasına miqrant axını səbəbindən İtaliya ilə sərhədə qoşun yeridəcək.

Poliqon xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

“DGSI (xarici kəşfiyyat xidməti) terrorçuluqda şübhəli bilinən şəxslərin müəyyən edilməsi üçün sərhəddə həbs edilmiş qeyri-qanuni miqrantlarla müsahibə aparmaq üçün Menton kantonuna zabitlər göndərəcək”, deyə radiostansiya bildirib.

Paris həmçinin sərhədə nəzarət etmək üçün pilotsuz təyyarələr göndərmək və dənizkənarı Alplarda dörd mobil bölmə yerləşdirmək qərarına gəlib.

Bundan əlavə, qanunsuz miqrantların saxlanma hallarının artması ilə əlaqədar polis əməkdaşlarının sayı iki dəfə artırılacaq. Onlar “Sentinelle” antiterror əməliyyatında iştirak edəcəklər.

Xatırladaq ki, bundan əvvəl İtaliyanın baş naziri Corciya Meloni miqrant axınının azaldılmasına kömək istəyi ilə Avropa İttifaqına müraciət etmişdi.

Poliqon.info