Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda vəziyyətin gərginləşməsi fonunda Təhlükəsizlik Şurasının iclasını çağırıb...

Poliqon Ermənistan mətbuatına əsasən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağda apardığı “antiterror əməliyyatı” fonunda Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Ermənistan mətbuatı xəbər verir ki, bir qrup şəxs, təxminən yüz nəfər İrəvanın mərkəzində Ermənistan hökumətinin binası qarşısına toplanıb.

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını, eləcə də Rusiya sülhməramlılarını hərbi əməliyyatların dayandırılması üçün tədbirlər görməyə çağırıb. XİN həmçinin Bakının hərəkətlərini “Qarabağ xalqına qarşı təcavüz” adlandırıb.

Rusiya Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinq zamanı bildirib ki, Moskva tərəfləri hərbi əməliyyatları dayandırmağa və vəziyyətin diplomatik yolla həllinə qayıtmağa çağırır.

Poliqon.info