Pentaqon rəhbəri: "Abrams" tankları tezliklə Ukraynaya təhvil veriləcək

Pentaqonun rəhbəri Lloyd Ostin Amerikanın "Abrams" tanklarının tezliklə Ukraynaya çatacağını bildirib...

Poliqon xəbər verir ki, tanklar Vaşinqtonun tədarükünü sentyabrda elan etdiyi 120 mm-lik tükənmiş uran mərmiləri ilə təchiz ediləcək. Eyni zamanda onlardan müasir zirehlər çıxarılacaq.

Bu barədə Ostin Almaniyadakı Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasından əvvəl deyib:

“Birləşmiş Ştatların əvvəllər tədarük edəcəyini vəd etdiyi "M1 Abrams" tanklarının tezliklə Ukraynaya çatacağını elan etməkdən məmnunam”.

Ostin bunun üçün dəqiq tarixi açıqlamayıb.

ABŞ prezidenti Co Bayden hələ yanvar ayında "Abrams" tanklarının Ukraynaya göndəriləcəyini açıqlamışdı. May ayında onlar Almaniyaya çatdırılıb. Elə həmin ay Ukrayna hərbçiləri onları idarə etmək üçün təlimlərə başlayıb və avqustda təlimlərini başa vurub.

Poliqon.info