Borrel: Rusiya şərtlər qoydu, anlaşma mümkün deyil

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Rusiya Federasiyası ilə "taxıl sazişi"nə dair razılaşmanın mümkünlüyünə inanmır....

Poliqon xəbər verir ki, Borrel bu barədə Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya şərtlər qoydu. Açığını desəm, düşünmürəm ki, söhbət şərtlərdən və ya hər hansı məhdudiyyətin, sanksiyaların aradan qaldırılmasından gedir. Çünki sanksiyalarımız ərzaq və gübrə ixracına təsir etmir”, deyə Aİ rəsmisi bildirib.

Borrell Rusiyanı bəhanələr və yanlış arqumentlər axtarmamağa çağırıb. Diplomatın sözlərinə görə, Rusiya ilə "taxıl sazişi"nə dair razılığa gəlmək mümkün deyil, çünki Moskva bunu istəmir.

Poliqon.info