Bayden yenidən Putini diktator adlandırıb

ABŞ prezidenti Co Bayden Putini təhqir etməyə çalışıb və onu diktator adlandırıb...

ABŞ prezidenti Co Bayden yenidən Rusiya prezidenti Vladimir Putini diktator adlandırıb.

Poliqon “RİA Novosti” Agentliyi bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb

Nyu Yorkda Broadvey teatrında kampaniyası üçün keçirilən ianə mərasimində çıxış edən Bayden “Putin kimi diktatorların tərəfini tutmayacağını” vurğulayıb.

Amerika lideri əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya qarşısında baş əyir: “Bəlkə Tramp və onun MAGA-dostları baş əyərlər, amma yenidən seçilsəm, baş əymərəm”, deyə Bayden vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin yazında Bayden Putini “diktator” və “quldur” adlandırıb. Martın 26-da isə Bayden Putini “qəssab” adlandıraraq təhqir edib.

Poliqon.info