Qazaxda 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunmuş mahnı müsabiqəsi təşkil edilib

Qazax Gənclər Evində keçirilən müsabiqədə 10 gənc istedadını nümayiş etdirib...

Meciaxeberleri.Az-ın məlumatına görə, münsiflərin yekun qərarına əsasən, Bəsti Alcanova müsabiqənin qalibi olub.

Nurxan Namazovla Qurban Süleymanov isə müvafiq olaraq II və III yerləri tutublar.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, fəaliyyət "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Poliqon.info