Latviyada yaşayan 3,6 min rusiyalı ölkəni tərk etmək məcburiyyətində qalacaq

Latviyada yaşayan təxminən 3,6 min rusiyalı latış dili imtahanından keçmədiyi üçün ölkəni tərk etməli olacaq...

“Report” xəbər verir ki, bu barədə “Zinas.tv3” məlumat yayıb.

“Gələn həftə 3 600 Rusiya vətəndaşı üç ay ərzində Latviyanı tərk etməli olduqlarını bildirən məktub alacaqlar”, - məlumatda deyilir.

Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Vilnis Vitolinsin sözlərinə görə, bu əmri yerinə yetirməkdən imtinaya görə cinayət məsuliyyəti yoxdur, lakin cərimə tətbiq oluna bilər.

Poliqon.info