Ərdoğan NATO-nun Baş katibi ilə taxıl müqaviləsini müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə taxıl müqaviləsini və Ukraynadakı vəziyyəti müzakirə edəcək...

Poliqon “RİA Novosti” Agentliyi bu barədə Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən xməlumat yayıb.

“Cənab Prezident Nyu Yorkdakı Türk Evində NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edəcək. Hazırkı gündəm müzakirə olunacaq, bu, Ukraynadakı vəziyyət, Qara dəniz taxıl təşəbbüsü və təbii ki, Türkiyə ilə NATO arasında əməkdaşlıqdır”, deyə Ərdoğanın ofisindən bildiriblər.

Poliqon.info