Yevgeni Priqojinin dul arvadı soyadını dəyişib

Avqustun 23-də Tver vilayətində şəxsi təyyarə qəzasında həlak olan “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin həyat yoldaşı pasport məlumatlarını dəyişib...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “Fontanka” nəşri qeydiyyat sistemindəki məlumata istinadən məlumat yayıb.

Nəşr dyazır ki, Priqojinin dul arvadı indi Lyubov Valentinovna Kryajeva adlanır. Bu, təxminən dörddə bir əsr onunla yaşayan və üç uşaq dünyaya gətirən Priqojinin həyat yoldaşının qızlıq soyadıdır.

“Soyadın dəyişdirilməsi ilə bağlı məlumat qeydiyyat sisteminə sentyabrın 15-də daxil olub. Dəyişikliyin özünün nə vaxt baş verdiyi barədə heç bir məlumat yoxdur”, deyə “Fontanka” qeyd edir.

Poliqon.info